Əsas Səhifə > Dünya idmanı > “Qarabağ”ın rəqibini izlədi - MY-nin skautları

“Qarabağ”ın rəqibini izlədi - MY-nin skautları


18-09-2017, 13:20



Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “Roma”nın futbolçusu Raca Naynqqolan “Mançester Yunayted”in diqqət mərkəzindədi.

MY bu futbolçunu transfer etməyi planlaşdırır. “Qırmızı şeytanlar”ın skautları futbolçunu yaxından izləmək üçün “Roma”nın oyununda olublar. Bu barədə məlumatı “Football İtalia” yayıb.

“Mançester Yunayted” 29 yaşlı Naynqqolanı 36 yaşlı Maykl Kerrikin yerinə transfer etmək istəyir. “Qırmızı şeytanlar” yay transfer dönəmində buna cəhd göstərsə də, nail ola bilməmişdi.

“Roma” klubun liderlərindən olan futbolçunu 45 milyon avroya satmaqdan imtina etmişdi. Ona olan marağı nəzərə alan rəhbərlik Naynqqolanla müqaviləni uzatmışdı.


Komanda.az
Geri qayıt