Əsas Səhifə > Dünya idmanı > Dünyanın ən yaşlı futbolçusu təmsil etdiyi klubla müqaviləsini daha bir il müddətinə uzadıb

Dünyanın ən yaşlı futbolçusu təmsil etdiyi klubla müqaviləsini daha bir il müddətinə uzadıb


12-01-2019, 11:09
Dünyanın ən yaşlı futbolçusu təmsil etdiyi klubla müqaviləsini daha bir il müddətinə uzadıb

Dünyanın ən yaşlı futbolşusu, 51 yaşlı Kazuyoşi Miura Yaponiyanın ikinci dəstəsində çıxış edən “Yokohama” klubu ilə müqaviləsini daha bir il müddətinə uzadıb.
BrendSport.az xəbər verir ki, bu yapon idmançı karyerasına 1986-cı ildə başlayıb. Bundan sonra “Santos”, “Koriçibu”, “Palmeyras”, “Cenoa”, Zaqrebin “Dinamo” komandalarında və digər klublarda çıxış edib. K.Miura dünyanın ən yaşlı peşəkar futbolçusu hesab edilir. Fevralın 26-da onun 52 yaşı tamam olacaq.
Xatırladaq ki, 2017-ci il martın 5-də K.Miura 1965-ci ildə 50 yaşı tamam olduqdan 5 gün sonra “Stock Siti” komandasında rəsmi oyuna çıxmış ingiltərəli Stenli Metyuzanın rekordunu təzələyərək, peşəkar futbol tarixində ən yaşlı idmançı adını qazanıb.
Bundan bir həftə sonra yapon veteran rəsmi oyunda qol vuraraq, futbol tarixində daha bir rekorda imza atıb.
Karyerası boyunca Yaponiya yığmasının tərkibində 89 oyunda 55 qol vurmasına baxmayarq, K.Miura Dünya çempionatlarının heç birində oynamayıb.
Geri qayıt