Əsas Səhifə > Dünya idmanı > Burak Yılmaz rəsmən “Beşiktaş”da

Burak Yılmaz rəsmən “Beşiktaş”da


5-01-2019, 05:21


Türkiyə yığmasının hücumçusu Burak Yılmazın “Trabzonspor”dan “Beşiktaş”a keçidi rəsmiləşib.

BrendSport.az xəbər verir ki, bu barədə Trabzon klubunun rəsmi saytı məlumat yayıb. Məlumatda bildirilir ki, “Beşiktaş” sözügedən oyunçunun keçidinə görə 8 milyon 429 min Türkyə lirəsi təzminat ödəyəcək.

“Beşiktaş” da rəsmi saytı vasitəsilə Burakı heyətinə qatdığını rəsmən açıqlayıb. Lakin hələlik, tərəflər arasında müqavilənin detalları açıqlanmayıb. Buna baxmayaraq, Yılmaz köhnə-yeni komandası ilə ilk məşqə çıxıb.

33 yaşlı forvard ilk dəfə “Beşiktaş”a 2006-cı ildə “Antalyaspor”dan gəlib. Lakin 2007/08 mövsümünün fasiləsində, 2008-ci ilin yanvar ayında Filip Holosko qarşılığında “Manisaspor”a verilən futbolçu 11 ildən sonra yenidən bu kluba qayıdıb.

Son 1,5 mövsümü “Trabzonspor”da keçirən Burak 32 oyuna çıxıb, 28 qol vurub, 3 məhsuldar ötürmə ilə yadda qalıb.




Geri qayıt