Əsas Səhifə > Dünya idmanı > Türkiyə Superliqası: “Başakşəhər” ən yaxın izləyicisi ilə arasındakı xal fərqini yeddiyə çatdırıb

Türkiyə Superliqası: “Başakşəhər” ən yaxın izləyicisi ilə arasındakı xal fərqini yeddiyə çatdırıb


11-12-2018, 00:56


Dekabrın 10-da futbol üzrə Türkiyə Superliqasının XV turunda çempionatın vahid lideri "Başakşəhər" səfərdə "Ankaragücü" ilə qarşılaşıb.

BrendSport.az xəbər verir ki, çempionatın ən az qol buraxan komandası olan "Başakşəhər" rəqibinə minimal hesabla qalib gəlib - 1:0. Matçda yeganə qolu 8-ci dəqiqədə Edin Viska vurub.

Bu matçdan sonra İstanbul komandası xallarının sayını 33-ə yüksəldib və turnir cədvəlində ilk pillədəki yerini möhkəmləndirib. O, ən yaxın izləyicisi olan "Kasımpaşa"dan yeddi xal irəlidədir.

İkinci sıradakı "Kasımpaşa" (26 xal) son sıralarda qərarlaşmış "Kayserispor"u qəbul edib. Oyun qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb. "Kasımpaşa" öz meydanında xal itirməsinə baxmayaraq ikinci pillədəki mövqeyini qoruyub.

Xatırladaq ki, bu tur çempionluq uğrunda yarışan komandalardan "Beşiktaş" səfərdə "Alanyaspor"la (0:0), "Qalatasaray" isə öz meydanında "Rizespor"la (2:2) heç-heçə edərək çempionatda vacib xallar itiriblər.

Autsayderlər sırasında qərarlaşmış "Fənərbağça" isə səfərdə "Akhisar"a böyük hesabla uduzub - 3:0.

Hazırda turnir cədvəlində üçüncü yerdə olan "Antalyaspor"un 26 xalı var. "Beşiktaş" isə 25 xalla dördüncüdür.
Geri qayıt