Əsas Səhifə > Dünya idmanı > Neymardan transfer mesajı

Neymardan transfer mesajı


7-12-2018, 12:17


PSJ-nin uluduzu Neymar maraqlı açıqlamalar verib. "YouTube" kanalından canlı yayım edən futbolçu sualları cavablandırıb.

Onun "Mançester Siti"nin futbolçusu Benjamin Mendinin sualına cavabı belə olub: "Premyer Liqa böyük turnirdi və dünyanın ən yaxşılarından biridi. Sabah nə olacağını bilmək olmaz, amma mən hər böyük futbolçunun bir gün mütləq Premyer Liqada oynamalı olduğunu düşünürəm".

Onun bu açıqlaması "transfer mesajı" olaraq dəyərləndirilib.

Qeyd edək ki, Neymarı "Real" və "Barselona" ilə yanaşı, "Mançester Yunayted"in də transfer etmək istədiyi deyilir.
Geri qayıt