Əsas Səhifə > Dünya idmanı > BMT Baş Assambleyası: İdman dayanıqlı inkişafın təmin olunmasında mühüm amildir

BMT Baş Assambleyası: İdman dayanıqlı inkişafın təmin olunmasında mühüm amildir


4-12-2018, 15:12


Dekabrın 3-də Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu-Yorkda keçirilən Baş Assambleyasında “İdman dayanıqlı inkişafın təmin olunması amillərindən biri kimi” adlı qətnamə qəbul edilib.

BrendSport.az təşkilatın rəsmi saytına istinadla xəbər verir ki, BMT Baş Assambleyası bu qətnamə ilə bütün üzv dövlətləri idmanı, o cümlədən Olimpiya hərəkatını inkişaf etdirməyə çağırır.

BMT baş katibinin idman və inkişafla bağlı məruzəsində bildirilir ki, üzv ölkələrdə idmanın inkişafı sahəsində dövlət proqramları həyata keçirilməli, Olimpiya Komitəsinin və idman təşkilatlarının fəaliyyəti dəstəklənməlidir. Vurğulanır ki, idman 2030-cu ilədək dayanıqlı inkişaf məqsədlərində ən mühüm amillərdən biri kimi göstərilib.

Baş Assambleyanın qətnaməsində olimpiya və paralimpiya hərəkatlarının idmanın inkişafına, həmçinin dünyada sülhün və sabitliyin bərqərar olmasına verdiyi əvəzsiz töhfə qeyd olunur. Sənədin müəllifləri hesab edirlər ki, idman insanlarda dözümlülük və qarşılıqlı hörmət kimi keyfiyyətlərin formalaşması, habelə əhalinin müxtəlif təbəqələrinin, o cümlədən qadın və gənclərin hüquqlarının daha da genişlənməsi baxımından böyük əhəmiyyət kəsb edir. O, həmçinin səhiyyə, təhsil və sosial inteqrasiya sahələrində inkişafa da kömək edir.
Geri qayıt