Əsas Səhifə > Dünya idmanı > “Qızıl top” mükafatının sahibi məlum olub
“Qızıl top” mükafatının sahibi məlum olub4-12-2018, 09:10 |
Dekabrın 4-də FIFA və “France Football” jurnalı 2018-ci ilin ən yaxşı futbolçusuna verilən “Qızıl top” mükafatının sahibinin adını açıqlayıb. BrendSport.az xəbər verir ki, “Qızıl top” mükafatına Xorvatiya millisinin və İspaniyanın "Real Madrid" klubunun futbolçusu Luka Modriç layiq görülüb. O, səsvermə nəticəsində "Atletiko Madrid" klubunun hücumçusu Antuan Qrizmanı, "Çelsi" komandasının əsas qol silahı sayılan Edən Hazardı və Kriştiano Ronaldonu ("Real Madrid"- "Yuventus") qabaqlayıb. Mərasimdə, həmçinin FIFA tərəfindən bu il ilk dəfə olaraq ən yaxşı gənc (20 yaşa qədər) və qadın futbolçuya da mükafatlar təqdim edilib. Ən gənc kişi futbolçusu nominasiyasında qalib Fransanın PSJ komandasının hücumçusu Kilyan Mbappe olub. Ən yaxşı qadın futbolçu adına isə Fransanın "Lion" klubunun hücumçusu Ada Heqerberq layiq görülüb. Qeyd edək ki, "France Football” jurnalı 1956-cı ildən etibarən ilin ən yaxşı futbolçusunu təltif edir. Bu mükafatın ilk qalibi ingiltərəli Stenli Metyuz olub. Kriştiano Ronaldo və Lionel Messi mükafatı ən çox qazanan futbolçulardır. Onlar hərəyə beş dəfə “Qızıl top”a sahib olublar. Geri qayıt |