Əsas Səhifə > Dünya idmanı > Eşli Koul “Los Anceles Qalaksi” klubunu tərk edib

Eşli Koul “Los Anceles Qalaksi” klubunu tərk edib


27-11-2018, 23:30


İngiltərə milli komandasının sabiq futbolçusu Eşli Koul son üç mövsümdə forma geydiyi ABŞ-ın “Los Anceles Qalaksi” klubunu tərk edib.

BrendSport.az xəbər verir ki, “Qelaksi” 37 yaşlı müdafiəçi ilə müqavilənin müddətini uzatmayıb. Klub Kouldan başqa daha 7 futbolçu ilə yollarını ayırıb.

“Arsenal” klubunun yetirməsi olan Eşli Koul 1998-2006-cı illərdə “topçular”ın heyətində çıxış edib. Daha sonra “Çelsi” və “Roma”da forma geyinən müdafiəçi 2016-cı ildə Avropadan ayrılaraq karyerasını Amerikada davam etdirib.
Geri qayıt