Əsas Səhifə > Dünya idmanı > UFC prezidenti Həbib Nurmaqomedovun mümkün rəqiblərinin adlarını açıqlayıb
UFC prezidenti Həbib Nurmaqomedovun mümkün rəqiblərinin adlarını açıqlayıb27-11-2018, 22:00 |
UFC-nin rəhbəri Dana Uayt dağıstanlı Həbib Nurmaqomedovun keçirəcəyi növbəti döyüşlər barədə fikirlərini bildirib. BrendSport.az , “Eurosport.ru”ya istinadla xəbər verir ki, o, rusiyalı qarışıq döyüş ustası ilə Konor Makqreqor arasında cavab matçının mümkünlüyünü istisna etməyib. UFC rəhbəri, eyni zamanda, Həbiblə mübarizə aparacaq başqa döyüşçülərin adlarını da açıqlayıb. “Nurmaqomedov ilə Makqreqor arasında döyüş bütün rekordları yenilədi. Bu böyük döyüşdə Həbib qalib gəldi. Bu, o deməkdir ki, Həbib gələcəkdə amerikalı idmançılar Toni Ferqyuson və Dustin Poirier ilə döyüşə bilər. Eyni zamanda, Makqreqor ilə də revanş matçı keçirə bilər”, - deyə D.Uayt bildirib. Qeyd edək ki, Nurmaqomedov Makqreqor arasında oktyabrın 6-da ABŞ-da keçirilən döyüş rusiyalı idmançının qələbəsi ilə başa çatıb. Qarşılaşmadan dərhal sonra hər iki idmançının komandaları arasında böyük qalmaqalla nəticələnən qarşıdurma baş verib. Nəticədə idmançılar dekabrın 10-dək diskvalifikasiya olunublar. Eyni zamanda, Nurmaqomedovun 2 milyon dollarlıq mükafatının idmançıya ödənilməsi döyüşün keçirildiyi Nevada əyalətinin Atletika Komissiyasının qərarı ilə dondurulub. Xatırladaq ki, Həbib Nurmaqomedov UFC-nin bayrağı altında keçirdiyi 27 döyüşün hamısında qalib gəlib. Geri qayıt |