Əsas Səhifə > Dünya idmanı > Hazard gələcəyindən danışdı: Bunu azarkeşlərə edə bilmərəm

Hazard gələcəyindən danışdı: Bunu azarkeşlərə edə bilmərəm


27-11-2018, 00:05


“Çelsi”nin futbolçusu Eden Hazard Fransa mətbuatına açıqlama verib.

BrendSport.az xəbər verir ki, belçikalı futbolçu açıqlamasında mövsümün sonunda “zadəganlar”dan ayrıla biləcəyini deyib:

“Hazırda bütün diqqətim “Çelsi”dədir. Mövsümün sonunda müqaviləmin bitməsinə bir il qalacaq. Sözləşməmi yeniləməsək, başqa bir kluba transfer oluna bilərəm. Lakin qış transfer pəncərəsi dövründə komandadan ayrılmayacam. Bunu azarkeşlərə və kluba edə bilmərəm. Karyeramın qalan hissəsini “Çelsi”də də keçirə bilərəm. Gələcəklə bağlı danışmaq hələ tezdir”.

Hazard cari mövsümdə Premyer Liqada 12 qaşılaşmada iştirak edib. 27 yaşlı futbolçu bu oyunlarda 7 qol vurub və 4 məhsuldar ötürməylə yadda qalıb.
Geri qayıt