Əsas Səhifə > Dünya idmanı > "Real"da "Roma" matçı öncəsi ciddi itki

"Real"da "Roma" matçı öncəsi ciddi itki


26-11-2018, 20:29


Çempionlar Liqasının qrup mərhələsinin V turunda "Roma”nın qonağı olacaq "Real” ağır itki ilə üzləşib.

"Kral Klubu"nun aparıcı futbolçularından Kasemiro bu qarşılaşmada komandasına kömək edə bilməyəcək. Braziliyalı yarımmüdafiəçi zədə səbəbindən "Roma"ta qarşı oynamayacaq.

Qeyd edək ki, "Roma” - "Real” oyunu çərşənbə günü Bakı vaxtı ilə saat 23.45-də başlayacaq.
Geri qayıt