Əsas Səhifə > Dünya idmanı > İngiltərə Premeyer Liqası: London derbisində dörd qol vurulub

İngiltərə Premeyer Liqası: London derbisində dörd qol vurulub


25-11-2018, 00:33


Noyabrın 24-də İngiltərə Premyer Liqasında 13-cü turun oyunları keçirilib.

BrendSport.az xəbər verir ki, turun mərkəzi qarşılaşması "Uembli" stadionunda oynanılıb. Turnir cədvəlində üçüncü yerdə qərarlaşan "Çelsi" dördüncü yerdə olan "Tottenhem" klubunun qonağı olub. Görüş 3:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb. Oyunda hesabı erkən qolla 8-ci dəqiqədə "Tottenhem" klubu açıb. Belə ki, Kristian Eriksennin cərimə meydançasına verdiyi hava ötürməsini Delli Alli dəqiq baş zərbəsi ilə tamamlayıb - 1:0. Vurulan qoldan səkkiz dəqiqə sonra meydan sahibləri yenidən fərqlənib. Komandanın kapitanı Hari Keyn uzaq məsafədən vurduğu zərbə ilə qapıçıya şans verməyib - 2:0. Fasiləyə qədər hər iki komandaların cəhdlərinə baxmayaraq hesab dəyişilməyib.

Qarşılaşmanın ikinci hissəsində Maurisio Paçetinonun yetirmələri hesab arasındakı fərqi üç topa çatdırıblar. Meydan sahiblərinin daha bir qolunu Son-Heungmin vurub - 3:0.

Matçın 85-ci dəqiqəsində "Çelsi" qollardan birinin əvəzin çıxıb. Olivye Giru adını tabloya yazdırıb - 3:1.

Qalan dəqiqələrdə hesab dəyişilməyib. Bu qələbədən sonra "Tottenhem" klubu xalların sayını 30-a çatdıraraq üçüncü pilləyə yüksəlib. “Çelsi” isə aktivində 28 xalla dördüncü yerdə qərarlaşıb.

Turun digər oyunlarında növbəti nəticələr qeydə alınıb:

"Brayton"-"Lester Siti" - 1:1

"Everton"-"Kardiff Siti" - 1:0

"Fulhem"-"Sauthampton" - 3:2

"Mançester Yunayted"-"Kristal Palas" - 0:0

"Votford"-"Liverpul" - 0:3

"Vest Ham Yunayted"-"Mançester Siti" - 0:4.

Qeyd edək ki, tura noyabrın 25-də "Bormunt"-"Arsenal", "Volverhemton"-Haddersfild Toun" və "Burnley"-"Nyukasl Yunayted" oyunları ilə yekun vurulacaq.
Geri qayıt