Əsas Səhifə > Dünya idmanı > CONMEBOL futbol üzrə dünya çempionatının hər iki ildən bir keçirilməsi təklifi ilə çıxış edib

CONMEBOL futbol üzrə dünya çempionatının hər iki ildən bir keçirilməsi təklifi ilə çıxış edib


25-11-2018, 00:01


Cənubi Amerika Futbol Konfederasiyasının (CONMEBOL) prezidenti Alexandro Dominqes bəyan edib ki, onun rəhbərlik etdiyi təşkilat FIFA-ya futbol üzrə dünya çempionatının hər iki ildən bir keçirilməsi təklifi ilə müraciət edib.

BrendSport.az xəbər verir ki, qüvvədə olan qaydalara görə, turnir hər dörd ildən bir keçirilir.

A.Dominqes deyib: “Bizim konfederasiya dünya çempionatının hər dörd ildən deyil, iki ildən bir keçirilməsi barədə FIFA-nın ideyasını dəstəkləyəcək. Millətlər Liqası əvəzinə bu yarışları hər il də keçirmək olar. Dünya çempionatı hamının turniridir. Mundialın keçirilməsi dövriliyini dəyişsək, o zaman oyunçular öz karyerası boyu bu çempionatlarda iki dəfə deyil, dörd dəfə iştirak edə biləcəklər. Biz bunu etmək üçün hər cür imkanın olduğunu görürük və bu səbəbdən FIFA-ya təkliflə müraciət etmişik. Yeni qayda federasiyaya daha çox qazanc gətirə bilər”.
Geri qayıt