Əsas Səhifə > Dünya idmanı > “Baku Open” beynəlxalq şahmat turnirinə start verilib

“Baku Open” beynəlxalq şahmat turnirinə start verilib


24-11-2018, 23:48


Noyabrın 24-də “Baku Open” beynəlxalq şahmat turnirinə start verilib.

BrendSport.az xəbər verir ki, turnirdə Azərbaycanla yanaşı, Belarus, ABŞ, Ukrayna, Braziliya, Rusiya, Gürcüstan, Fransa, İordaniya və Əfqanıstandan olan 156 şahmatçı birincilik uğrunda mübarizə aparır. Turnirin iştirakçılarından 16-sı qrossmeysterdir.

İsveçrə sistemi üzrə 9 turdan ibarət turnirin reytinq favoriti Azərbaycan şahmatçısı Eltac Səfərlidir.

Turnirə dekabrın 2-də yekun vurulacaq.
Geri qayıt