Əsas Səhifə > Dünya idmanı > Alpaqut idmanı üzrə dünya çempionatının ilk finalçıları müəyyənləşib

Alpaqut idmanı üzrə dünya çempionatının ilk finalçıları müəyyənləşib


24-11-2018, 16:04


Noyabrın 24-də Bakıda, “Sərhədçi” İdman Olimpiya Kompleksində keçirilən alpaqut Turan döyüş sənəti üzrə birinci dünya çempionatının ilk finalçıları müəyyənləşib.

BrendSport.az xəbər verir ki, uşaqların yarışında Azərbaycanı təmsil edən Rəşad Quluzadə, Ramazan Qasımzadə bütün rəqiblərini məğlub edərək finala vəsiqə qazanıblar. Kişilər arasında isə Elsevər Puri qızıl medal uğrunda yarışacaq.

Dünya çempionatında bütün yaş qrupları üzrə 18 ölkədən - Azərbaycan, Türkiyə, Almaniya, Pakistan, Ukrayna, Əfqanıstan, Macarıstan, İran, Hindistan, Gürcüstan, Nepal, Qırğızıstan, Qazaxıstan, Rusiya, Kamerun, Türkmənistan, Nigeriya, Özbəkistandan 500-dək idmançı qüvvəsini sınayır. İdmançılar aypara, batur, caymaz, və qurşaq sistemləri üzrə medallar uğrunda mübarizə aparırlar.
Geri qayıt