Əsas Səhifə > Dünya idmanı > UEFA Millətlər Liqası: ilk oyun gününün nəticələri
UEFA Millətlər Liqası: ilk oyun gününün nəticələri16-11-2018, 08:49 |
UEFA Millətlər Liqasında V turun oyunlarına start verilib. İlk oyun günündə 4 liqada 9 qarşılaşma baş tutub. A Liqasında iki oyun keçirilib. II qrupda Belçika doğma meydanda İslandiyanı 2:0 hesabı ilə yenib. Bununla da belçikallar maksimum nəticə ilə vahid lider olub. IV qrupda isə Xorvatiya evdə İspaniya ilə münasibətlərə aydınlıq gətirib. 5 qolun vurulduğu oyunda xorvatlar qələbə qazanıb - 3:2. Bu Xorvatiyanın Millətlər Liqasında ilk qələbəsi olub.. B Liqasının III qrupunda Bosniya və Hersoqovina səfərdə Avstriya ilə qarşılaşıb. Görüşdə hesab açılmayıb. C Liqasının II qrupunda Macarıstan Estoniyanı 2:0, Yunanıstan isə Finlandiyanı 1:0 hesabı ilə məğlub edib. Macarıstan və Estoniya növbəti mərhələ şanslarını itirib. Finlandiya isə bir xal qazanacağı təqdirdə növbəti mərhələyə vəsiqəni təmin edəcəkdi. Amma finlər buna nail ola bilməyib. D Liqasının I qrupunda Qazaxıstan evdə Latviya, Gürcüstan səfərdə Estoniya ilə "sülh"ə razılaşıb - 1:1. Lüksemburq yığması II qrupunda evdə Belarusla üz-üzə gəlib və 0:2 hesabı ilə uduzub. Meydan sahibləri qələbə qazansaydı, növbəti mərhələyə yüksələcəkdi. Qrupun digər matçında isə Moldova San Marinodan üstün olub - 1:0. Millətlər Liqası V tur 15 noyabr A Liqası II qrup Belçika - İslandiya 2:0 Qollar: Miçi Batşuayi, 65; 81 IV qrup Xorvatiya - İspaniya 3:2 Qollar: Andrey Kramariç, 54 Tin Cedvay, 69; 90+3 - Daniel Kebalyos, 56. Serxio Ramos, 78-pen. B Liqası III qrup Avstriya - Bosniya və Hersoqovina 0:0 C Liqası II qrup Yunanıstan - Finlandiya 1:0 Qol: Albin Qranlund, 25 (avtoqol). Macarıstan - Estoniya 2:0 Qollar: Uilli Orban, 8. Adam Szalai, 69. D Liqası I qrup Qazaxıstan - Latviya 1:1 Qollar: Qafurxan Suyumbayev, 37 - Deniss Rakels, 49. Andorra - Gürcüstan 1:1 Qolar: Kristian Martines, 63 - Georgi Çakvetadze, 9. II qrup Lüksemburq - Belarus 0:2 Qollar: Stanislav Draqun, 37; 54. San Marino - Moldova 0:1 Qol: Vitali Damaskan, 78. Geri qayıt |