Əsas Səhifə > Dünya idmanı > AFFA-nın əməkdaşı beynəlxalq oyuna təyinat alıb

AFFA-nın əməkdaşı beynəlxalq oyuna təyinat alıb


13-11-2018, 15:15


AFFA-nın hakimlər departamentinin sədri Fritz Stuçlik beynəlxalq oyuna təyinat alıb.

UEFA Avropa Liqası turnirinin qrup mərhələsi çərçivəsində keçiriləcək “Zenit” (Rusiya) – “Kopenhagen” (Danimarka) oyununun hakim-inspektoru F.Stuçlik olacaq.

Görüş noyabrın 29-da Rusiyanın Sankt-Peterburq şəhərindəki eyniadlı stadionda keçiriləcək.
Geri qayıt