Əsas Səhifə > Dünya idmanı > Samir Nəsri yenidən İngiltərədə
Samir Nəsri yenidən İngiltərədə12-11-2018, 22:57 |
18 aylıq dopinq cəzasının müddəti başa çatmaq üzrə olan Fransa millisinin sabiq üzvü Samir Nəsri İngiltərə Premyer Liqasına qayıtmağa hazırlaşır. Britaniya mətbuatında yayılan xəbərə görə, "Vest Hem"də məşqlərə başlayan 31 yaşlı oyunçunun yanvarda sözügedən klubla iyunun sonuna kimi müqavilə imzalayacağı bildirilib. O, yeni klubunda həftəsinə 80 min funt sterlinq qazanacaq. Xatırladaq ki, Samir Nəsrinin son klubu Türkiyə "Antalyaspor"u olub. O, İngiltərənin "Arsenal" (2008-2011) və "Mançester Siti" (2011-2017) klublarında çıxış edib. Geri qayıt |