Əsas Səhifə > Dünya idmanı > PSJ Aleksis Sançesi də istəyir

PSJ Aleksis Sançesi də istəyir


10-11-2018, 18:33


"Mançester Yunayted"in futbolçusu Aleksis Sançes İngiltərə klubunu tərk edə bilər.

Britaniya mətbuatında yayılan xəbərə görə, çilili hücumçu ilə PSJ maraqlanır. A.Sançesin də Paris klubuna keçməyə müsbət baxdığı bildirilib. Yaxın günlərdə tərəflər arasında danışıqların başlanacağı gözlənilir.

Qeyd edək ki, 29 yaşlı futbolçu Mançester təmsilçisinə bu ilin yanvarında "Arsenal”dan transfer olunub.
Geri qayıt