Əsas Səhifə > Dünya idmanı > Londonda dünya çempionu adı uğrunda matç başlanır
Londonda dünya çempionu adı uğrunda matç başlanır8-11-2018, 18:42 |
Planetin ən güclü şahmatçısı adı uğrunda bu titulun hazırkı sahibi, norveçli Maqnus Karlsen ilə iddiaçılar turnirinin qalibi, ABŞ nümayəndəsi Fabiano Karuana arasında matç noyabrın 9-dan 28-dək Londonun mərkəzində, Holborn rayonunda yerləşən “The College” binasında keçiriləcək. Matçın açılış mərasimi Britaniya paytaxtının mərkəzində yerləşən “Victoria Palace” teatrında bu gün, noyabrın 8-də keçiriləcək. Rəqiblər 18 gün ərzində klassik vaxt nəzarəti rejimində 12 partiya oynayacaqlar. Oyun günləri 9-10, 12-13, 15-16, 18-19, 20-21, 23-24 və 26 noyabr tarixlərinə təyin edilib. Bu 12 oyunun yekunu heç-heçə olarsa, qalibin müəyyən edilməsi üçün noyabrın 28-də qısa vaxt nəzarəti ilə partiyalardan ibarət tay-breyk oynanılacaq. Rəqiblərin klassik rejimdə oynayacağı 12 partiyanın hər birində ilk 40 gediş üçün 100 dəqiqə, sonrakı 20 gediş üçün 50 dəqiqə, 61-ci gedişdən partiyanın sonuna qədər 15 dəqiqə, üstəgəl hər gediş üçün 30 saniyə vaxt ayrılacaq. Matçın mükafat fondu 1 milyon avrodur. Geri qayıt |