Əsas Səhifə > Dünya idmanı > Çempionlar Liqası: III turun nəticələri
Çempionlar Liqası: III turun nəticələri25-10-2018, 09:59 |
Bu gecə Çempionlar Liqasında I dövrə başa çatıb. III turun ikinci günündə dövrənin son 8 oyunu keçirilib. A qrupunda maraqla gözlənilən alman - ispan qarşılaşması yetərincə maraqlı alınıb. İlk iki oyunda maksimum nəticə qazanan Dortmund "Borussiya”sı "Atletiko”nu meydana çıxdığına peşman edib - 4:0. B qrupunda hərəyə 6 xalla liderliyi bölüşən "Barselona” və "İnter” "Nou Kamp”da matça çıxıb. "Barsa” hər hissədə bir top vuraraq iddiasını ortaya qoyub. C qrupunda PSJ İtaliya təmsilçisi "Napoli”yə gücünü göstərməyi bacarmayıb. 4 qolun qeydə alındığı görüşdə parisliləri yenilgidən 3-cü uzatma dəqiqəsində Di Mariya xilas edib. Qrupun İngiltərədəki oyununda matçın aşkar favoriti "Liverpul” "Srvena Zvezda”ya səviyyə fərqini göstərib. D qrupunda qonaq qismində "Lokomotiv”i yenən "Portu” liderliyə yüksəlibsə, "Qalatasaray” öz meydanında "Şalke” ilə "quru sülh"ə razılaşıb. Çempionlar Liqası Qrup mərhələsi, III tur 24 oktyabr A qrupu "Brügge” (Belçika) – "Monako” (Fransa) - 1:1 Qollar: Uesli, 39 - Silla, 32 "Borussiya” (Dortmund, Almaniya) – "Atletiko” (İspaniya)-4:0 Qollar: Vitsel, 38, Gerreyro, 73, 89, Sanço, 83
B qrupu PSV (Hollandiya) – "Tottenhem” (İngiltərə)-2:2 Qollar: Lozano, 30, Luk de Yonq, 87 - Lukas Moura, 39, Keyn, 55 "Barselona” (İspaniya) – "İnter” (İtaliya) - 2:0 Qollar: Rafinya, 32, Alba, 83
C qrupu PSJ (Fransa) – "Napoli” (İtaliya)-2:2 Qollar: Rui, 61 (avtoqol), Di Mariya, 90+3 - İnsinye, 29, Mertens, 77 "Liverpul” (İngiltərə) – "Srvena Zvezda” (Serbiya)-4:0 Qollar:Firmino, 20, Salah, 45, 50 (pen.), Mane, 80
D qrupu "Qalatasaray” (Türkiyə) – "Şalke” (Almaniya)-0:0 "Lokomotiv” (Rusiya) – "Porto” (Portuqaliya)-1:3 Qollar: Mirançuk, 38 - Mareqa, 26 (pen.), Errera, 35, Korona, 47
Geri qayıt |