Əsas Səhifə > Dünya idmanı > bu gün III tura yekun vurulur

bu gün III tura yekun vurulur


24-10-2018, 15:50


Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində III tura yekun vurulacaq.

İkinci oyun günündə 8 qarşılaşma baş tutacaq.

Günün mərkəzi oyununda "Barselona" İtaliya "İnter"ini qəbul edəcək.

Türkiyənin turnirdəki yeganə təmsilçisi "Qalatasaray" doğma azarkeşlər önündə Almaniyanın "Şalke" klubunu sınağa çəkəcək.

Çempionlar Liqası III tur

24 oktyabr

A qrupu


20:55. "Brügge" (Belçika) - "Monako" (Fransa)
23:00. "Borussiya" (Dortmund, Almaniya) - "Atletiko" (Madrid, İspaniya)

Xal durumu: "Borussiya" - 6, - "Atletiko" - 6, . "Brügge" - 0, "Monako" - 0.

B qrupu

20:55. PSV (Eyndhoven, Hollandiya) - "Tottenhem" (İngiltərə)
23:00. "Barselona" (İspaniya) - "İnter" (İtaliya)

Xal durumu: "Barselona" - 6, "İnter" - 6, PSV - 0, "Tottenhem" - 0.

C qrupu

23:00. "Liverpul" (İngiltərə) - "Srvena Zvezda" (Serbiya)
23:00. PSJ (Fransa) - "Napoli" (İtaliya)

Xal durumu: "Napoli" - 4, "Liverpul" - 3, PSJ -3, "Srvena Zvezda" - 1.

D qrupu

23:00. "Qalatasaray" (Türkiyə) - "Şalke" (Almaniya)
23:00. "Lokomotiv" (Moskva, Rusiya) - "Portu" (Portuqaliya)

Xal durumu: "Portu" - 4, "Şalke" - 4, "Qalatasaray" - 3, . "Lokomotiv" - 0.
Geri qayıt