Əsas Səhifə > Dünya idmanı > Çempionlar Liqası qaldığı yerdən davam edir
Çempionlar Liqası qaldığı yerdən davam edir2-10-2018, 16:41 |
Bu gün Çempionlar Liqasının qrup mərhələsində 2-ci tura start veriləcək. BrendSport.az xəbər verir ki, ilk oyun günündə 8 qarşılaşma keçiriləcək. Çempionlar Liqasının son qalibi “Real” səfərdə ÇSKA (Moskva) ilə üz-üzə gələcək. "Yuventus"u isə "Yanq Boyz"la görüş gözləyir. “Qoca sinyora”nın portuqaliyalı futbolçusu Kriştiano Ronaldo ilk turda qırmızı vərəqə aldığından, bu oyunda iştirak etməyəcək. Almaniya nəhəngi “Bavariya” “Ayaks”la münasibətlərinə aydınlıq gətirəcək. Münhenlilər qrup mərhələsinin ilk turunda səfərdə Portuqaliya "Benfika"sını 2:0 hesabı ilə üstələyib. "Ayaks" isə doğma meydanda Yunanıstan AEK-ini məğlub edib - 3:0 . Turun qalan oyunları sabah keçiriləcək. Çempionlar Liqası, 2-ci tur 2 oktyabr E qrupu 23:00. AEK (Afina, Yunanıstan) - Benfika (Portuqaliya) 23:00. Bavariya (Münhen, Almaniya) - Ayaks (Hollandiya) F qrupu 20:55. Hoffenhaym (Almaniya) - Mançester Siti (İngiltərə) 23:00. Lion (Fransa) - Şaxtyor (Donetsk, Ukrayna) G qrupu 23:00. ÇSKA (Moskva, Rusiya) - Real (İspaniya) 23:00. Roma (İtaliya) - Viktoriya (Plzen, Çexiya) H qrupu 20:55. Yuventus (İtaliya) - Yanq Boyz (İsveçrə) 23:00. Mançester Yunayted (İngiltərə) - Valensiya (İspaniya) 3 oktyabr A qrupu 23:00. Borussiya (Dortmund, Almaniya) - Monako (Fransa) 23:00. Atletiko (İspaniya) - Brügge (Belçika) B qrupu 23:00. PSV (Hollandiya) - İnter (İtaliya) 23:00. Toottenhem (İngiltərə) - Barselona (İspaniya) C qrupu 20:55. PSJ (Fransa) - Srvena Zvezda (Serbiya) 23:00. Napoli (İtaliya) - Liverpul (İngiltərə) D qrupu 20:55. Lokomotiv (Moskva, Rusiya) - Şalke (Almaniya) 23:00. Portu (Portuqaliya) - Qalatasaray (Türkiyə) Geri qayıt |