Əsas Səhifə > Dünya idmanı > AVRO-2024 Almaniyada keçiriləcək

AVRO-2024 Almaniyada keçiriləcək


27-09-2018, 21:21


Futbol üzrə 2024-cü il Avropa çempionatının keçiriləcəyi ölkəni açıqlayıb. Bununla bağlı qərar UEFA-nın İcraiyyə Komitəsinin İsveçrənin Nyon şəhərində keçirilən iclasından sonra elan olunub. Qalibin adını açıqlayan qurumun prezidenti Aleksandr Çeferin bildirib ki, yarış Almaniyada təşkil olunacaq.

Qeyd edək ki, Almaniya Avropa çempionatının oyunlarını Berlin ("Olimpiaştadion", 70,033 nəfərlik), Köln ("Köln" stadionu, 46,922), Dortmund ("BVB Stadion", 61,524), Düsseldorf ("Düsseldorf Arena", 46,264), Frankfurt ("Frankfurt Stadion", 48,057), Gelzenkirhen ("Arena AufSchalke", 49,471), Hamburq ("Hamburq Arena", 50,215), Leyptsiq ("RB Arena", 46,635), Münhen ("Münhen Futbol Arenası", 66,026) və Ştutqart ("Ştutqart Arena", 50,998) şəhərlərində təşkil edəcək.

Onu da qeyd edək ki, "AVRO-2024"ə ev sahibliyi uğrunda Almaniya ilə yanaşı, Türkiyə də mübarizə aparırdı.
Geri qayıt