Əsas Səhifə > Dünya idmanı > Ronaldonun Mançesterə qayıtmasını Mourinyo istəməyib?

Ronaldonun Mançesterə qayıtmasını Mourinyo istəməyib?


2-09-2018, 18:10
Ronaldonun Mançesterə qayıtmasını Mourinyo istəməyib?

“Mançester Yunayted”in vitse-prezidenti Ed Vudvord yay transfer pəncərəsində Kriştianu Ronaldonu "qırmızı şeytanlar"ın heyətinə qatmaq istəsə də, komandanın baş məşqçisi Joze Mourinyo buna mane olub.

Bu barədə “Mirror” nəşri məlumat yayıb. İddiaya görə, ilk növbədə mərkəz müdafiəçisi alınmasını istəyən portuqaliyalı mütəxəssis 33 yaşlı forvardın gəlişinin heç nəyi dəyişməyəcəyini bildirib.

Qeyd edək ki, mövsümün əvvəlində “Real”ı “Yuventus”a dəyişən Ronaldo 2003-2009-cu illərdə “Mançester Yunayted”in formasını geyinib.
Geri qayıt