Əsas Səhifə > Dünya idmanı > ÇL-də qruplara qalan bütün komandalar bəlli olur -
ÇL-də qruplara qalan bütün komandalar bəlli olur -29-08-2018, 11:03 |
Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinə yekun vurulacaq. Keçiriləcək 3 oyunla qitənin 1 nömrəli klub turnirində qrup mərhələsində mübarizə aparacaq bütün klubların adları məlum olacaq. Əvvəlki mərhələdə “Qarabağ”ı mübarizədən kənarlaşdıran BATE səfərdə PSV-nin qonağı olacaq. Öz meydanında 2:3 hesabı ilə uduzan Belarus çempionu çətin ki səfərdə sensasiyaya imza atsın. PAOK öz meydanında “Benfika” ilə qarşılaşacaq. İlk görüşdə 1:1 hesabı qeydə alındığından Saloniki təmsilçisini mərhələ adlamaq üçün qolsuz heç-heçə də qane edir. “Zalsburq” və “Srvena Zvezda” arasındakı ilk matçda da qalib aşkarlanmayıb. UEFA Çempionlar Liqası Pley-off mərhələsi, cavab oyunları 29 avqust 23:00. PAOK (Yunanıstan) - “Benfika” (Portuqaliya) İlk oyun - 1:1 23:00. PSV (Hollandiya) - BATE (Belarus) İlk oyun - 3:2 23:00. “Zalsburq” (Avstriya) - “Srvena Zvezda” (Serbiya) İlk oyun - 0:0 28 avqust AEK (Yunanıstan) - “Videoton” (Macarıstan) 1:1 İlk oyun - 2:1 “Dinamo” (Zaqreb, Xorvatiya) - “Yanq Boyz” (İsveçrə) 1:2 İlk oyun - 1:1 “Dinamo” (Kiyev, Ukrayna) - “Ayaks” (Hollandiya) 0:0 İlk oyun - 1:3 Geri qayıt |