Əsas Səhifə > Dünya idmanı > "Real" Mbappe üçün UEFA-nın PSJ qərarını gözləyir

"Real" Mbappe üçün UEFA-nın PSJ qərarını gözləyir


26-08-2018, 16:47


Kriştiano Ronaldonun gedişindən sonra hücum xəttinə yeni ulduz transfer edəcəyi gözlənilən "Real"la bağlı qeyri-müəyyənlik davam edir.

Madrid klubunun PSJ-dən Kilian Mbappeni transfer etmək istədiyi bildirilir. İddialara görə, "Real" UEFA-nın Paris klubu ilə bağlı qərarını gözləyir. "Maliyyə fair-playı qaydaları"nı pozan PSJ ilə Avropa futbol qurumunun verəcəyi qərardan aslı olaraq ispanlar hərəkətə keçəcək.

Qeyd edək ki, PSJ Mbappeni "Monako"dan 145 milyon avroya alıb.
Geri qayıt