Əsas Səhifə > Dünya idmanı > PSJ-də maliyyə problemi - iki ulduz gedir?
PSJ-də maliyyə problemi - iki ulduz gedir?24-08-2018, 17:01 |
Fransanın PSJ klubu Neymarı və ya Kilian Mbappeni sata bilər. Buna səbəb maliyyə pozuntusuna yol verməkdə ittiham olunan Paris klubuna qarşı UEFA-nın araşdırma aparmasıdır. Bu barədə İspaniyanın “Marca” nəşri məlumat verib. Qurumun məsələ ilə bağlı qərarını yaxın vaxtlarda açıqlayacağı bildirilir. Lakin paytaxt klubunun cərimə ilə vəziyyətdən çıxmaq etimalı da var. Qeyd edək ki, PSJ ötən ilin yayında Neymarı “Barselona”dan 222 milyon avroya transfer edib. İspaniya mətbuatında çıxan xəbərlərə əsasən, “Real” Mbappe üçün PSJ-yə 180 milyon avro təklif etməyə hazırlaşır. Geri qayıt |