Əsas Səhifə > Dünya idmanı > Azərbaycanlı hakim veteran badmintonçuların Avropa çempionatına təyinat alıb

Azərbaycanlı hakim veteran badmintonçuların Avropa çempionatına təyinat alıb


13-08-2018, 20:11


Azərbaycan Badminton Federasiyasının (ABF) hakimi Gülcənnət Hüseynli sentyabrın 24-30-da İspaniyanın Quadalaxara şəhərində keçiriləcək veteran badmintonçuların Avropa çempionatına təyinat alıb.

Avropa Badminton Konfederasiyasının rəsmi saytında turnirdə iştirak edəcək hakimlərin siyahısı açıqlanıb. Təmsilçimizlə yanaşı, 37 hakim veteranların Avropa çempionatında oyunları idarə edəcək.
Geri qayıt