Əsas Səhifə > Dünya idmanı > "Neymarın transferindən sonra qiymət baxımından vəziyyət pisləşdi"
"Neymarın transferindən sonra qiymət baxımından vəziyyət pisləşdi"6-09-2017, 21:58 |
"Manchester United"in baş məşqçisi Joze Mourinyo klubun transfer əməliyyatlarını iyulda yekunlaşdırmasını maliyyə baxımından əlverişli hesab edib. Portuqal mütəxəsis bunları deyib: "Məncə, biz ağıllı tərpəndik. Hiss etmişdik ki, transfer bazarını dəyişdirəcək nəsə baş verəcək. Adətən transfer pəncərəsinin son ayında bahalı transfer çox olmur. Amma bu dəfə Neymarın transferindən sonra qiymət baxımından vəziyyət pisləşdi. Fikrimcə, avqustun 31-i Lukaku 150, Matiç isə 60-70 milyon funt olacaqdı. Ən bahalı transfer Pol Poqba qalsaydı, "Barcelona" indi Koutinyonu 101 milyon avro qarşılığında transfer etmişdi. Artıq 20 milyonluq futbolçular 40-a, 40 milyonluq futbolçular isə 60 milyon funtadır. Bu gdişlə Matiç və Lukaku bizə 200 milyon funta başa gələrdi. Yayın əvvəlində onların keçidini həll etdik deyə o qədər xərcimiz çıxmadı. Mövsüm başlamazdan öncə onları əldə etməklə maliyyə və komandanın hazırlığı baxımından düzgün iş gördük". Geri qayıt |