Əsas Səhifə > Dünya idmanı > “Qarabağ” iştirak ərizəsini UEFA-ya göndərdi

“Qarabağ” iştirak ərizəsini UEFA-ya göndərdi


21-07-2018, 21:58


“Qarabağ” Çempionlar Liqasının II təsnifat mərhələsində “Kukesi” ilə oyunlar üçün iştirak ərizəsini müəyyənləşdirib. UEFA-nın rəsmi saytının məlumatına görə, Ağdam təmsilçisi oyunçularının adlarını qitə futbol qurumuna təqdim edib.

Albaniya klubu ilə qarşılaşmalarda baş məşqçi Qurban Qurbanovun ixtiyarında 23 futbolçu olacaq. Onlardan 5-i qapıçı, 7-si müdafiəçi, 10-u yarımmüdafiəçi, 1-i hücumçudu.

Qapıçılar: 1. Hannes Halldorsson, 24. Şahruddin Məhəmmədəliyev, 32. Vaqner da Silva, 17. Nicat Mehbalıyev, 19. Məmməd Hüseynov

Müdafiəçilər: 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 14. Rəşad Sadıqov, 25. Ansi Aqolli, 30. Abbas Hüseynov, 52. Yakub Jezniçak, 55. Bədavi Hüseynov

Yarımmüdafiəçilər: 2. Qara Qarayev, 6. Simeon Slavçev, 8. Miçel, 10. Dani Kintana, 17. Abdullah Zubir, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 21. Zaur Fərzəliyev, 77. Vild-Donald Gerye, 91. Coşqun Diniyev

Hücumçu: 11. Mahir Mədətov

Qeyd edək ki, “Qarabağ”la “Kukesi” arasında ilk oyun iyulun 25-də Albaniyada, cavab görüşü isə avqustun 1-də Azərbaycanda keçiriləcək.
Geri qayıt