Əsas Səhifə > Dünya idmanı > Böyük finalın adı Fransa-Xorvatiya

Böyük finalın adı Fransa-Xorvatiya


11-07-2018, 14:37


Bu gün dünya çempionatında yarımfinal mərhələsinə yekun vurulub. İkinci finalçının adı Xorvatiya - İngiltərə matçından sonra dəqiqləşib.

Finala gedən yolda Xorvatiya qrup mərhələsinin maksimum nəticə ilə tamamlasa da, pley-offa 90 dəqiqə ərzində qələbə qazanmamışdı. Zlatko Daliçin komandası 1/8 finalda Danimarkanı, daha sonra isə Rusiyanı penaltilər seriyasında üstələyərək yarımfinala çıxmışdı.

Belçikaya uduzmaqla qrupda ikinci olan İngiltərə yığması isə 1/8 finalda Kolumbiyaya 11 metrlik cərimə zərbələri ilə qalib gəlib. 1/4 finalda isə ingilislər İsveçdən üstün olmuşdu.

Oyun Xorvatiya millisinin üstnülüyü ilə başlasa da xorvatlar ilk beş dəqiqədə heç nəyə nail ola bilməyib. Əvəzində isə ingilisilər 5-ci dəqiqədə qazandıqları ilk cərimə zərbəsində Trippyerin gözəl zərbəsiylə önə keçiblər 1:0.

Bundan sonra hər iki komandanın bir neçə imkanı olsa da bunlardan yararlana bilməyiblər.

Belə olan halda ilk hissəni ingilislər öndə tamamlayıblar.

İkinci hissə də eyni ssenari ilə başlayıb. Xorvatlar qol vurmaq üçün hücuma aludə olublar. İngilislər isə əks-hücumlarla sürətli oyunçularıyla ikinci qol vurmağa çalışıblar. Ancaq bu onlara müyəssər olmayıb.

Dəqiqələr azaldıqca Xorvatiya millisi ingilisləri qapılarına doğru çəkilməyə vadar edə biliblər. Bunun da nəticəsində görüşün 68-ci dəqiqəsində Perişiçlə bərabərlik qolunu vura biliblər 1:1.

Qoldan az keçməmiş Perişiç ikinci qolu da vura bilərmiş. Belə ki, futbolçu fərdi reydi ilə zərimə meydançasına girərək qapıya zərbə endirib. Lakin topa dirəyə dəyərək meydana qayıdıb. Rebiçin təkrar zərbəsin isə qapıçı Pikford tuta bilib.

Qalan vaxt ərzində hər iki komandanın cəhdlərinə baxmayaraq hesab dəyişməyib və oyun bir hissəsi 30 dəqiqəlik əlavə vaxta uzanıb.

Uzatma dəqiqələrinin ilk hissəsində Xorvatiya millisi daha yaxşı mübarizə aparıb. Ancaq əldə edilən iki qol vəziyyətindən yararlana bilməyiblər. İngiltərə millisi də ara-sıra hücumlar təşkil etsələr də, bu, o qədər də təhlükəli alınmayıb. Beləcə, ilk 15 dəqiqədə hesab dəyişməyib.

İkinci 15 dəqiqədə də hcumlarını davam etdirən xorvatlar görüşün 109-cu dəqiqəsində ilk qolun müəllifi Perişiçin baş ötürməsi ilə Mandjukiçin güclü zərbəsindən sonra komandasını 2:1 önə keçirib.

Bundan sonra hücuma atılmağa cəhd edən ingilislərə qarşı yaxşı müdafiə olunan xorvatlar daha çox hesabı qorumağa çalışıblar. Buna da nail olan xorvatlar tarixlərində ilk dəfə mundialın finalına çıxaraq tarix yazıblar.

Beləliklə, İngiltərini 2:1 hesabı ilə məğlubiyyətə uğradan Xorvatiya finalda Fransanın rəqibi olub.

DÇ-2018

Yarımfinal

11 iyul

22:00. [b]Xorvatiya
- İngiltərə - 2:1
Qol: Trippyer, 5 (0:1), Perişiç, 68 (1:1), Mandjukiç, 109 (2:1)
Baş hakim: Cüneyt Çakır (Türkiyə)
Moskva. “Lujniki”

10 iyul

Fransa – Belçika 1:0
Geri qayıt