Əsas Səhifə > Dünya idmanı > Di Mariya İtaliya yolunda

Di Mariya İtaliya yolunda


8-07-2018, 23:11
Di Mariya İtaliya yolunda

PSJ-nin yarımmüdafiəçisi Anhel Di Mariya karyerasını İtaliyada davam etdirə bilər.

Xarici KİV-nin yaydığı xəbərə görə, “Napoli” argentinalı futbolçunun xidmətində maraqlıdır. Klub prezidenti Aureliyo De Laurentisin Di Mariyaya 3 illik müqavilə təklif etdiyi iddia olunur. Əgər təcrübəli oyunçu dəvətə “hə” desə, onun illik qazancı 5 milyon avro olacaq. Argentinalının PSJ-dəki gəliri bundan 2 dəfə çox olsa da, onun “Napoli”nin yeni baş məşqçisi Karlo Ançelottiyə görə İtaliya klubuna keçməyə razılıq verəcəyi gözlənilir.

Qeyd edək ki, Di Mariyanın PSJ ilə müqaviləsi gələn ilin yayında başa çatacaq.
Geri qayıt