Əsas Səhifə > Dünya idmanı > Almaniya son saniyələrdə sevindi -
Almaniya son saniyələrdə sevindi -23-06-2018, 15:06 |
Rusiyada keçirilən dünya çempionatında bu gün daha 3 oyun keçiriləcək. Əvvəlcə G qrupunun təmsilçiləri meydana çıxacıblar. Belçika Tunislə qarşılaşıb. İlk turda Panamanı məğlub edən “Qırmız şeytanlar” bu dəfə də 3 xal qazanmaqla 1/8 finala adlamağı hədəfləmişdi. Lakin avropalıların işi asan görünmürdü. Çünki birinci oyunda son dəqiqə qolu ilə İngiltərəyə uduzan Tunis üçün bu matç son şans idi. Maraqlı və bol qollu keçən oyunda Belçika millisi Tunisi 5:2 məğlub edərək növbəti mərhələyə vəsiqəni təmin etdi. Bu qrupun digər oyunu sabah keçiriləcək. İngiltərə Panamanı sınağa çəkəcək. Daha sonra isə F qrupunda ikinci turun matçları oynanılıb. İlk turda Almaniya millisi üzərində sensasion qələbə qazanan Meksika Cənubi Koreya ilə üz-üzə gəlib. Meksika bu dəfə də qalib gəlməklə, 1/8 finala yaxınlaşmaq əzmində idi. Asiya təmsilçisinin də mübarizəni davam etdirmək şansını saxlamaq üçün qələbədən başqa yolu yox idi. Buna baxmayaraq koreyalılar məğlubiyyətdən qaça bilməyiblər. Belə ki, gərginliyi ilə yadda qalan oyunda meksikalılar 2:1 hesabı ilə qələbə qazanıblar. Bu qələbədən sonra Meksika yığması qrupdan çıxmaq üçün əla şans edib. Günün əsas matçında Almaniya və İsveç üz-üzə gəlib. Bundestim ilk turda Meksikaya uduzduğundan, Yoahim Lövün komandası qrupda qalmamaq üçün mütləq turu 3 xal qazanmalı idilər. İlk hissədən sonra 0:1 hesabı ilə geri düşsələr də, ikinci hissədə bütün dəyişiklikləri edərək, tam qüvvə ilə hücum futbolu oynayıblar. Bunun da nəticəsi olaraq ikinci hissənin əvvəlində hesabı bərabərləşdirən Almaniya millisi, son saniyələrdə Kroosun cərimə zərbəsindən vurduğu gözəl qolla matçı 2:1 qazanaraq, qrupda bütün hesabları lehlərinə çevirə biliblər. DÇ-2018, qrup mərhələsi II tur 23 iyun G qrupu 16:00. Belçika - Tunis 5:2 Qollar: Eden Hazard, 6-pen. (1:0), Romelu Lukaku, 16 (2:0), Bronn, 18 (2:1), Lukaku, 45+4 (3:1), Eden Azar, 51 (4:1), Batşuvayi, 90 (5:1), Azri, 90+3. Baş hakim: Jair Marrufo (ABŞ) Moskva. “Spartak” stadionu F qrupu 19:00. Cənubi Koreya - Meksika - 1:2 Qol: Karlos Vela,26-pen.Xavyer Ernandes, 66, Son Hin-Min, 90+3 (1:2) Baş hakim: Milorad Maziç (Serbiya) Rostov. “Rostov Arena” 22:00. Almaniya - İsveç - 2:1 Qollar: Ola Toyvonen, 32 (0:1), Marko Roys, 48 (1:1), Kroos, 90+5 (2:1) Soçi. “Fişt” stadionu Geri qayıt |