Əsas Səhifə > Dünya idmanı > Qruplardan çıxacaq komandalar dəqiqləşir -

Qruplardan çıxacaq komandalar dəqiqləşir -


20-06-2018, 14:43
 Qruplardan çıxacaq komandalar dəqiqləşir  -

Bu gün Rusiyada keçirilən dünya çempionatında daha 3 görüş keçiriləcək.

Baş tutacaq oyunlardan sonra A və B qruplarında ikinci tura yekun vurulacaq.

B qrupunun ilk matçında Portuqaliya Mərakeşlə üz-üzə gələcək. İlk görüşdə Kriştiano Ronaldonun het-triki sayəsində İspaniya ilə bərabərə qalan Portuqaliya yığması bu dəfə mundialda ilk qələbəsini qazanmağa çalışacaq. İlk turda İrana uduzan Afrika təmsilçisi də münasib rəqibdir.

Qrupun digər matçında İran və İspaniya üz-üzə gələcək. Asiya təmsilçisi hazırda qrup lideri olsa da, görüşün aşkar favoriti İspaniya yığmasıdır.

A qrupunda isə Uruqvay millisi qrupun autsayderi hesab olunan, ilk turda Rusiyaya 0:5 hesabı ilə uduzan Səudiyyə Ərəbistanı yığmasını sınağa çəkəcək. Cənubi Amerika təmsilçisi qalib gələcəyi halda Rusiya millisi ilə birgə son turun nəticəsindən asılı olmayaraq 1/8 finala adlayacaq. Əgər oyun heç-heçə yekunlaşsa, bu halda Rusiya bu tur "pley-off"a vəsiqəni təmin edəcək.

DÇ-2018

II tur

20 iyun

B qrupu


16:00. Portuqaliya - Mərakeş
Baş hakim: Mark Giger (ABŞ)
Moskva. “Lujniki stadionu”

22:00. İran - İspaniya
Baş hakim: Andres Kunya
Kazan. “Kazan Arena”



A qrupu

19:00. Uruqvay - Səudiyyə Ərəbistanı
Baş hakim: Kleman Tyurpen
Rostov. “Rostov Arena”


Geri qayıt