Əsas Səhifə > Dünya idmanı > Salah komanda ilə məşqlərə başladı
Salah komanda ilə məşqlərə başladı13-06-2018, 21:43 |
Bir müddətdir zədədən əziyyət çəkən Misir millisinin lideri Məhəmməd Salah komanda ilə məşqlərə qoşulub. Rusiya mətbuatının yaydığı xəbərə görə, 25 yaşlı hücumçu “Axmat-Arena”da keçirilən məşqdə kollektivlə birgə iştirak edib. Qeyd edək ki, DÇ-nin A qrupunda Uruqvayla matçda meydana çıxıb-çıxmayacağı sual altında olan Salahın ikinci oyunda Rusiyaya qarşı forma geyinəcəyi dəqiqdir. Geri qayıt |