Əsas Səhifə > Dünya idmanı > İspaniyada futbol hakimləri oyunlardan sonra müsahibə verəcəklər
İspaniyada futbol hakimləri oyunlardan sonra müsahibə verəcəklərBu gün, 14:35 |
![]() İspaniya La Liqasının XI turundan etibarən futbol hakimləri oyunlardan sonra müsahibə verəcəklər. BrendSport.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” nəşrinin jurnalisti Ramon Fuentes məlumat yayıb. Onun sözlərinə görə, hər turun iki qarşılaşmasından sonra hakimlər çempionatın yayım hüquqlarına sahib olan “Movistar” və DAZN telekanallarının efirində sualları cavablandıracaqlar. Bu təşəbbüs İspaniya La Liqası tərəfindən irəli sürülüb. Yeniliyin tətbiqi İspaniya Kral Futbol Federasiyası, Fran Sotonun rəhbərlik etdiyi Hakimlər Komitəsi və hakimlər həmkarlar ittifaqı ilə yeni kollektiv saziş çərçivəsində razılaşdırılıb. İlkin olaraq bu təcrübənin mövsümün ikinci yarısında tətbiqi nəzərdə tutulsa da, prosesin daha erkən başlanmasına qərar verilib. Qeyd edək ki, cari mövsümünün əvvəlindən İspaniyada hakimlər bəzi oyunlardan öncə də qısa müsahibələr verirlər. Bundan əlavə, qarşılaşmalar başlamazdan əvvəl hakimlərin paltardəyişmə otaqlarında televiziya çəkilişlərinin aparılmasına icazə verilib. Geri qayıt |