Əsas Səhifə > Dünya idmanı > Hava şəraiti DÇ-nin proqramında dəyişikliyə səbəb oldu
Hava şəraiti DÇ-nin proqramında dəyişikliyə səbəb oldu8-06-2018, 21:28 |
Küləkli hava şəraiti ilə əlaqədar BMX üzrə dünya çempionatında gənclər və Elit kateqoriyasının bu gün saat 20:40-da başlamalı olan təsnifat yürüşləri təxirə salınıb. BrendSport.az saytı xəbər verir ki, bu səbəbdən iyunun 9-da yarış proqramında müəyyən dəyişikliklər edilib. Yeni yarış cədvəlinə əsasən, iyunun 9-u, saat 18:00-da dünya çempionatının keçici bayrağı 2019-cu ildə yarışı qəbul edəcək Belçika nümayəndələrinə təqdim ediləcək. Saat 18:10-dan 20:30-dək təsnifat yürüşləri keçiriləcək. 20 dəqiqəlik fasilədən sonra saat 20:50-də final mərhələsi başlayacaq. Həlledici yürüşlər saat 23:10-da bitəcək və bundan sonra dünya çempionatının qaliblərinin mükafatlandırma mərasimi həyata keçiriləcək. Geri qayıt |