Əsas Səhifə > Dünya idmanı > “Barselona”nın gəlirləri rekord həddə çatsa da, borcu artıb

“Barselona”nın gəlirləri rekord həddə çatsa da, borcu artıb


Bu gün, 16:08


İspaniyanın “Barselona” klubunun 2025/2026-cı illər mövsümündə əməliyyat gəlirləri ilk dəfə 1 milyard avronu ötüb.

BrendSport.az
xəbər verir ki, Kataloniya təmsilçisinin gəlirləri əvvəlki mövsümlə müqayisədə 66 milyon avro artaraq 1,06 milyard avroya çatıb.

Gəlirlərin artmasında “Kamp Nou” stadionuna qayıdış, sponsorluq və məhsul satışlarından əldə olunan vəsait əsas rol oynayıb. Sponsorluq gəlirləri 265 milyon, məhsul satışı və marketinq gəlirləri isə 208 milyon avro təşkil edib.

Bununla belə, klubun əməliyyat xərcləri 1,022 milyard avroya yüksəlib. Mövsümün sonunda “Barselona”nın xalis zərəri 18 milyon avro olub.

İyunun 30-na olan məlumata görə, klubun ümumi maliyyə borcu 910 milyon avro təşkil edib. Klubun sərəncamında olan vəsait nəzərə alındıqda, xalis borc 607 milyon avroya çatıb. Bu göstərici bir il əvvəl 469 milyon avro olub.

“Barselona” üçün əsas məqsəd artan gəlirlər hesabına maliyyə imkanlarını genişləndirmək və borc yükünü azaltmaqdır.

Geri qayıt