Əsas Səhifə > Dünya idmanı > ABŞ-də keçirilən tennis turnirinin finalçıları müəyyənləşib
ABŞ-də keçirilən tennis turnirinin finalçıları müəyyənləşibBu gün, 14:20 |
![]() ABŞ-ın Sinsinnati şəhərində keçirilən WTA-1000 tennis turnirində qadın və kişilər arasında finalçılar müəyyənləşib. BrendSport.az xəbər verir ki, qadınların mübarizəsində finala amerikalılar Cessika Pequla və Koko Qauff yüksəliblər. Yarımfinalda Pequla polşalı İqa Şvyonteki 2:1 (7:5, 4:6, 6:4) hesabı ilə məğlub edib. Digər yarımfinalda isə Qauff çexiyalı Sara Beyleki 2:0 (6:4, 6:1) hesabı ilə üstələyib. Pequla karyerasında ikinci dəfə Sinsinnati finalında çıxış edəcək. O, 2024-cü ildə həlledici görüşdə Arina Sabalenkaya uduzub. Kişilər arasında keçirilən “Masters” turnirində isə finalda amerikalı Frensis Tiafoe ilə fransalı Artur Fils üz-üzə gələcək. Tiafoe yarımfinalda həmyerlisi Brendon Nakaşimanı 2:0 (7:5, 6:3) hesabı ilə məğlub edib. Fils isə Flavio Kabollini 2:0 (6:3, 6:4) hesabı ilə məğlub edib. Bu nəticə ilə o, karyerasında ilk dəfə “Masters” seriyalı turnirin finalına yüksəlib. Qeyd edək ki, final görüşləri avqustun 24-ü keçiriləcək. Geri qayıt |