Əsas Səhifə > Dünya idmanı > Antonelli Formula 1 üzrə Kanada Qran-Prisinin qalibi olub
Antonelli Formula 1 üzrə Kanada Qran-Prisinin qalibi olubBu gün, 09:00 |
![]() Kimi Antonelli Formula 1 üzrə dünya çempionatının Kanada Qran-Prisində qələbə qazanıb. BrendSport.az xəbər verir ki, “Mercedes” komandasının italiyalı pilotu Antonelli bununla ardıcıl dördüncü yarışında qalib gəlib. Yarışda ikinci yeri Luis Hamilton, üçüncü yeri isə Maks Verstappen tutub. Hamilton “Ferrari”, Verstappen isə “Red Bull” komandasını təmsil edir. Kimi Antonelli beş mərhələdən sonra ümumi sıralamada 131 xalla liderliyini möhkəmləndirib. Geri qayıt |