Əsas Səhifə > Dünya idmanı > İtaliya “Formula-1” pilotlarına qarşı cinayət işləri başlada bilər
İtaliya “Formula-1” pilotlarına qarşı cinayət işləri başlada bilərBu gün, 15:13 |
![]() İtaliya hakimiyyəti “Formula 1”in pilotları ilə bağlı gözlənilməz qərar qəbul edib. BrendSport.az xəbər verir ki, yerli qanunvericiliyə əsasən, bütün pilotlar – digər idmançılar və əcnəbi vətəndaşlar kimi – İtaliya ərazisində qazandıqları gəlirləri bəyan etməlidirlər. Bu səbəbdən İtaliya qurumları bütün pilotlardan 2025-ci il üzrə vergi bəyannamələrini tələb edib. Bildirilib ki, əgər İtaliya ərazisində əldə olunan gəlirlər üzrə ödənilməmiş vergi məbləği 50 min avronu keçərsə, hər bir pilot barəsində cinayət işi açıla bilər. Bu isə böyük maliyyə cərimələri ilə nəticələnə bilər. Qərarın ironik tərəfi ondadır ki, İtaliya hakimiyyəti bu məsələyə illər sonra diqqət yetirib. Görünür, dövlət büdcəsinə əlavə vəsait cəlb etmək zərurəti yaranıb. Geri qayıt |