Əsas Səhifə > Dünya idmanı > Finalda “Qalatasaray”ı məğlub edən “Fənərbağça” Avroliqanın qalibi olub
Finalda “Qalatasaray”ı məğlub edən “Fənərbağça” Avroliqanın qalibi olubBu gün, 14:30 |
![]() Qadın basketbolçular arasında Avroliqada mövsümə yekun vurulub. BrendSport.az xəbər verir ki, turnirin finalında Türkiyə təmsilçiləri «Fənərbağça» və «Qalatasaray» üz-üzə gəliblər. İspaniyanın Saraqosa şəhərində keçirilən qarşılaşma «Fənərbağça"nın 68:55 hesablı qələbəsi ilə başa çatıb. Bu, «sarı-lacivərdlilər» 3-cü Avroliqa çempionluğu olub. Komanda indiyədək turnirdə 7 dəfə final oynayıb. Geri qayıt |