Əsas Səhifə > Dünya idmanı > Stiven Cerrard “Liverpul”un acizliyindən danışıb

Stiven Cerrard “Liverpul”un acizliyindən danışıb


Bu gün, 13:30


İngiltərənin “Liverpul” futbol komandasının əfsanəvi kapitanı Stiven Cerrard Çempionlar Liqasının dörddəbir finalında PSJ-yə 0:2 hesabı ilə məğlub olan keçmiş komandasını və bəzi oyunçuları sərt tənqid edib.

BrendSport.az
xəbər verir ki, Cerrard mersisaydlıların “Park de Prens”də tamamilə darmadağın edildiyini və hücum xəttində “dişsiz” göründüyünü bildirib. O, Dezire Duenin vurduğu ilk qolda qapıçı Giorgi Mamardaşvilini günahlandırıb.

“Bəlkə də Mamardaşvili bir metr daha geridə dayanmalı idi, o qədər önə çıxması üçün səbəb yox idi. Bu, bir az amansız tənqid kimi görünə bilər, amma bir az daha geridə olsaydı, bəlkə də o topu tirin üzərindən aşıra bilərdi. “Liverpul”un bu axşam heç bir taktiki planı hücumda işə yaramadı, tamamilə aciz idilər”, - deyə Cerrard vurğulayıb.

Cerrard əlavə edib ki, 2:0 hesabı oyunun gedişatına görə “Liverpul” üçün şansdır, çünki PSJ daha çox qol vura bilərdi. Lakin o, gələn həftə “Enfild”də geri dönüşün çox çətin olacağını da gizlətməyib.
Geri qayıt