Əsas Səhifə > Dünya idmanı > NBA: Lider ardıcıl doqquzuncu qələbəsini qazanıb
NBA: Lider ardıcıl doqquzuncu qələbəsini qazanıbBu gün, 11:33 |
![]() ABŞ-nin Milli Basketbol Assosiasiyasında (NBA) daha 8 qarşılaşma keçirilib. BrendSport.az xəbər verir ki, son çempion “Oklahoma Siti Tander” səfərdə “Orlando Mecik”i 113:108 hesabı ilə üstələyərək müntəzəm mövsümdə ardıcıl doqquzuncu qələbəsini qazanıb. Qalib komandanın heyətində ən məhsuldar oyunçu 40 xalla Şey Gilces-Aleksander olub. Çet Holmqren 20 xal və 12 ribaund, Ejey Mitçell 16 xalla fərqlənib. Meydan sahiblərində isə Paolo Bankero 32 xal toplayıb. Desmond Beyn 16, Ceylen Saqqs 14, Tristan da Silva 13 xalla yadda qalıb. Bu nəticədən sonra “Oklahoma Siti Tander” hazırda NBA-nın Qərb Konfransının turnir cədvəlinə başçılıq edir. “Orlando Mecik” isə Şərq Konfransında altıncı pillədə qərarlaşıb. Matçların nəticələri: “Orlando Mecik” - “Oklahoma Siti Tander” – 108:113 "Şarlot Hornets" - “Mayami Hit” – 136:106 “Minnesota” - “Feniks Sanz” – 116:104 “Sakramento” - “San-Antonio Spörs” – 104:132 “Vaşinqton Uizards” - “Detroyt Pistons” – 117:130 “Nyu-York Niks” - “İndiana Peysers” – 136:110 “Miluoki Baks” - “Klivlend Kavalyers” – 116:123 “Denver Naqqets” - “Filadelfiya” – 124:96. Geri qayıt |