Əsas Səhifə > Dünya idmanı > “Yuventus” Luçano Spaletti ilə müqavilənin müddətini uzadır

“Yuventus” Luçano Spaletti ilə müqavilənin müddətini uzadır


Bu gün, 14:14


İtaliyanın “Yuventus” klubu baş məşqçisi Luçano Spaletti ilə müqaviləni yeniləyəcək.

BrendSport.az
xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.

67 yaşlı mütəxəssislə mövsümün sonunda başa çatan müqavilə daha bir il müddətinə uzadılacaq. Yeni sözləşmənin aprelin 5-nə qədər imzalanması gözlənilir.

Qeyd edək ki, “Yuventus” İtaliya A Seriyasında 29 turdan sonra 53 xalla beşinci pillədə qərarlaşıb.
Geri qayıt