Əsas Səhifə > Dünya idmanı > NBA-da XXI əsrin xal rekordu yenilənib

NBA-da XXI əsrin xal rekordu yenilənib


Bu gün, 10:35


ABŞ-nin Milli Basketbol Assosiasiyasında (NBA) yeni rekord qeydə alınıb.

BrendSport.az
xəbər verir ki, bu, uğura “Mayami Hit” komandasının mərkəz oyunçusu Bam Adebayo müntəzəm mövsümün “Vaşinqton Uizards”la oyununda (150:129) 83 xal toplamaqla imza atıb.

O, bir matçda qazanılan xallar üzrə XXI əsrin rekordunu yeniləyərək, Kobe Brayantı (81 xal) geridə qoyub. Adebayo şəxsi göstəricidə ən məhsuldar basketbolçuların siyahısında isə ikinci yerə yüksəlib.

Qeyd edək ki, NBA-da bir oyunda ən çox xal toplamaq rekordu Uilt Çemberlenə məxsusdur. O, 1962-ci il mövsümündə bir matçda 100 xal toplayıb.
Geri qayıt