Əsas Səhifə > Dünya idmanı > NBA: Nikola Yokiçin inamlı oyunu komandasını məğlubiyyətdən xilas etməyib

NBA: Nikola Yokiçin inamlı oyunu komandasını məğlubiyyətdən xilas etməyib


Bu gün, 11:24


ABŞ-nin Milli Basketbol Assosiasiyasında (NBA) daha beş qarşılaşma keçirilib.

BrendSport.az
xəbər verir ki, Qərb Konfransının lideri “Oklahoma Siti Tander” öz meydanında altıncı pillədə yer alan “Denver Naqqets”i 129:126 hesabı ilə üstələyib. Qalib komandanın heyətində ən məhsuldar oyunçu 35 xalla Şai Qilqeus-Aleksander olub. Ceylin Uilyams 29 xal və 12 ribaundla yadda qalıb. Eydjey Mitçell 24, Ayzeya Co və Cared Makkeyn isə hərəyə 13 xal toplayıblar.

“Denver Naqqets”in serbiyalı mərkəz oyunçusu Nikola Yokiç 32 xal, 14 ribaund və 13 məhsuldar ötürmə ilə “tripl-dabl” edib. Tim Harduey Junior 28, Aaron Qordon 23, Camal Mürrey isə 21 xalla fərqləniblər.

Matçların nəticələri

“Klivlend Kavalyers” - “Filadelfiya” – 115:101

“Bruklin Nets” - “Memfis Qrizlis” – 126:115

“Los-Anceles Klippers” - “Nyu-York Niks” – 126:118

“Oklahoma Siti Tander” - “Denver Naqqets” – 129:126

“Yuta Caz” - “Qolden Steyt Uarriors” – 119:116.
Geri qayıt