Əsas Səhifə > Dünya idmanı > Lebron Ceyms NBA-da yeni rekorda imza atıb

Lebron Ceyms NBA-da yeni rekorda imza atıb


Dünən, 20:28


Milli Basketbol Assosiasiyasının (NBA) ulduzu Lebron Ceyms liqa tarixində növbəti rekorda imza atıb.

BrendSport.az
xəbər verir ki, “Los-Anceles Leykers” komandasının 41 yaşlı basketbolçusu “Denver Naqqets” ilə keçirilən qarşılaşmada karyerası ərzində ən çox dəqiq atış edən oyunçu olub. Onun aktivində artıq 15 838 dəqiq atış var.

Bununla da o, 1989-cu ildə karyerasını 15 837 dəqiq sahə atışı ilə başa vuran Kərim Əbdül-Cabbarın rekordunu yeniləyib.

Siyahıda üçüncü yeri isə 13 528 dəqiq atışla Karl Meloun tutur.

Lebron Ceyms NBA tarixində müntəzəm mövsümdə ən çox oyun keçirən basketbolçu rekordunu da yeniləməyə yaxındır. Bu rekord 1611 oyunla Robert Perişə məxsusdur. Lebron 1 606 matçla siyahıda ikinci pillədə qərarlaşıb.
Geri qayıt