Əsas Səhifə > Dünya idmanı > NBA: Türk basketbolçunun komandasından ardıcıl üçüncü qələbə
NBA: Türk basketbolçunun komandasından ardıcıl üçüncü qələbəBu gün, 12:27 |
![]() ABŞ-nin Milli Basketbol Assosiasiyasında (NBA) daha on qarşılaşma keçirilib. BrendSport.az xəbər verir ki, Türkiyə millisinin basketbolçusu Alpərən Şəngünün çıxış etdiyi “Hyuston Rokets” səfərdə “Orlando Mecik”i 113:108 hesabı ilə məğlub edib. Bu, qonaqların müntəzəm mövsümdə ardıcıl üçüncü qələbəsidir. Türkiyəli basketbolçu 16 xalla qələbədə əsas pay sahiblərindən biri olub. Bu nəticədən sonra Hyuston təmsilçisi Qərb Konfransında üçüncü pillədə yer alıb. Meydan sahibləri isə Şərqdə yeddincidir. Matçların nəticələri “İndiana Peysers” - "Şarlot Hornets" – 109:133 “Orlando Mecik” - “Hyuston Rokets” – 108:113 “Atlanta Hoks” - “Vaşinqton Uizards” – 126:96 “Dallas” - “Sakramento” – 121:130 “Yuta Caz” - “Nyu Orleans Pelikans” – 118:129 “Filadelfiya” - “Mayami Hit” – 124:117 “Bruklin Nets” - “San-Antonio Spörs” – 110:126 “Çikaqo Bullz” - “Portlend Treyl Bleyzers” – 112:121 “Finiks Sanz” - “Los-Anceles Leykers” – 113:110 “Los-Anceles Klippers” - “Minnesota” – 88:94. Geri qayıt |